Fransa Prezidenti Emmanuel Makron, ABŞ, İsrail və İran arasında gərginliyin artması ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili şəkildə toplanmasını tələb edib.
News365.az xəbər verir ki, Makron bu barədə X hesabında paylaşım edib.
Fransa, vəziyyətin daha da pisləşməsindən ciddi narahatlıq duyduğunu və münaqişənin azaldılması üçün diplomatik səylərin artırılmasını çağırır.
