İranın cənub hissəsində yerləşən strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft tankerlərinin gediş-gəlişi faktiki olaraq dayandırılıb.
News365.az xəbər verir ki, sözügedən məlumatı "Fars" xəbər agentliyi yayıb.

Agentliyə məxsus "Telegram" kanalının yaydığı informasiyaya əsasən, beynəlxalq gəmi izləmə sistemləri Hörmüz boğazındakı neft daşıyan gəmilərin sürətinin sıfıra endiyini qeydə alıb.
Mətbuatda yer alan məlumatlara görə, bəzi Avropa dövlətləri öz bayraqları altında üzən tankerlərə Hörmüz boğazından istifadə etməməyi tövsiyə edib.