Cüdoçumuz "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb
18:20

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

News365.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) finalda Abdul-Kerim Tasuyevi (Rusiya) məğlub edib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə medal şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada