Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT

Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT
16:53

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad olunub.

News365.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 2023-cü ilin dekabr ayında sözügedən vəzifəyə təyin edilən Bəxtiyar Məhəmməd oğlu Əliyev işdən çıxarılıb.

Ağcabədi Pedaqoji Kollecinə direktor əvəzi isə Əhəd Məmmədov təyin olunub.

Qeyd edək ki, Əhəd Məmmədov ötən ilin dekabr ayında Ağcabədi Pedaqoji Kollecinin direktor müavini təyin olunmuşdu.

Fotoda Bəxtiyar Əliyev

Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT

Fotoda Əhəd Məmmədov

Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT


Sizin reklam burada
Sizin reklam burada