Avropa İttifaqı İrana qarşı hərbi əməliyyatlardan narahatdır

Avropa İttifaqı İrana qarşı hərbi əməliyyatlardan narahatdır
16:24

Avropa İttifaqının rəhbərliyi, İranda baş verən hadisələrdən dərin narahatlıq ifadə edib.

News365.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Koşta bildiriblər ki, nüvə təhlükəsizliyinin təmin olunması və gərginliyi daha da artıracaq hərəkətlərin qarşısının alınması həyati önəmə malikdir.

Qeyd edilib ki, Avropa İttifaqı İranın və İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinə cavab olaraq genişmiqyaslı sanksiyalar tətbiq edib və nüvə və ballistik proqramlarla bağlı məsələlərin danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səyləri davam etdirir.

Rəhbərlik bütün tərəfləri maksimum ölçüdə təmkinli olmağa, mülki əhalini qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada