Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı

Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı
28 Fev 2026 13:36

Daxili işlər naziri Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

News365.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Yeni tarix barədə əlavə məlumat veriləcəyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada