Tikilməkdə olan binada alıcıya çıxarış verilə bilər- Verilmirsə...

Tikilməkdə olan binada alıcıya çıxarış verilə bilər- Verilmirsə...
09:08

“Tikinti şirkətinin dürüst olmasının yalnız bir meyarı var: sizə satdığı mənzilə mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını həyata keçirməyə hazır olması. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər”.

Bunu News365.az–a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki. bütün sənədlər qaydasındadırsa, tikinti şirkəti bina tikilməmiş də sizə çıxarış verə bilər:

“Vermirsə, deməli, ya sənədləri qaydasında deyil, ya da dələduzdur. Sonuncu halda bu o deməkdir ki, mənziliniz bir neçə şəxsə satıla bilər, yaxud artıq satılıb...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada