Bakı metrosunda qatarda tüstülənmə olub?

Bakı metrosunda qatarda tüstülənmə olub?
09:44

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişinin iddiası əsassızdır:

"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir".


Sizin reklam burada
Sizin reklam burada