“Tərəflər müharibəni aktiv fazada davam etdirir” – Əhməd Şahidov

“Tərəflər müharibəni aktiv fazada davam etdirir” – Əhməd Şahidov
26 May 2025 13:29

“Rusiya ilə Ukrayna arasında müharibə yeni mərhələyə keçir – intensiv hərbi əməliyyatlar davam edir”

Son günlər Rusiya ordusunun Kiyev və digər əsas şəhərlərə yönəltdiyi intensiv hava hücumları, 3 il əvvəl başlayan müharibənin ikinci böyük hücum dalğası kimi qiymətləndirilə bilər.

Bu barədə politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, hazırda tərəflər arasında hərbi əməliyyatlar daha da şiddətlənib və proses aktiv fazaya keçib:

“Rusiya ardıcıl və genişmiqyaslı hücumlar həyata keçirir. Ukrayna isə buna cavab olaraq artıq Rusiya ərazisində, o cümlədən Belgorod vilayətində hərbi əməliyyatlar aparır. Eyni zamanda, Moskva ətrafında da dron hücumları baş verir. Bu, o deməkdir ki, müharibə daha geniş coğrafiyaya yayılır və vəziyyət getdikcə ağırlaşır.”

Əhməd Şahidov qeyd edib ki, İstanbulda keçirilən son görüşdə də tərəflər arasında siyasi nəticə əldə olunmayıb:

“Sonuncu danışıqlarda ən böyük nəticə yalnız əsirlərin dəyişdirilməsi olub. Hər hansı siyasi razılaşma, atəşkəslə bağlı ortaq mövqe yoxdur. Rusiya maksimalist mövqedə dayanaraq bildirir ki, 30 günlük atəşkəs üçün Ukrayna Qərbdən silah qəbulunu dayandırmalı və hərbi əməliyyatları tamamilə dayandırmalıdır. Ukrayna isə bunu siyasi manipulyasiya kimi qiymətləndirir.”

Politoloqun fikrincə, tərəflər arasında kompromis görünmür və yaxın gələcəkdə siyasi dialoqun baş tutması ehtimalı azdır. Müharibə isə getdikcə daha təhlükəli bir mərhələyə keçir


Sizin reklam burada
Sizin reklam burada