Corciya Meloni Qazaxıstana səfər etdi

Corciya Meloni Qazaxıstana səfər etdi
29 May 2025 22:15

İtaliyanın Baş naziri Corciya Meloni Qazaxıstana rəsmi səfər edib.


News365.az xəbər verir ki, qonağı hava limanında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.


Tərəflər Astana aeroportunda qısa görüş keçiriblər. Qasım-Jomart Tokayev rəsmi qonağa ölkədə italiyalı sahibkarlarla birgə keçirilən biznes forumu barədə məlumat verib. Meloni “İtaliya-Mərkəzi Asiya” sammitinin təşkilinə görə dövlət başçısına təşəkkür edib.


Qeyd edək ki, bu, Meloninin Qazaxıstana ilk səfəridir.


Sizin reklam burada
Sizin reklam burada