Polşada PUA insidenti ilə bağlı BMT TŞ-nin iclası sabah keçiriləcək

Polşada PUA insidenti ilə bağlı BMT TŞ-nin iclası sabah keçiriləcək
11 Sen 2025 20:45

PUA insidenti ilə bağlı Varşavanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası sabah keçiriləcək.

News365.az xəbər verir ki, bu barədə PAP agentliyinə Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski məlumat verib.

"BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası cümə günü Polşa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da - red.) keçiriləcək", - agentlik onun sözlərindən sitat gətirib.


Sizin reklam burada
Sizin reklam burada