Qazaxıstanda yol qəzasında 10 zəvvar ölüb

Qazaxıstanda yol qəzasında 10 zəvvar ölüb
11 Sen 2025 22:00

Qazaxıstanın Mangistau vilayətində baş verən yol qəzasında 10 nəfər ölüb.

News365.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, "Toyota Hiace" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Maşında sərnişinlər olub.

Qəza nəticəsində 8 nəfər yerində, daha 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü və 2 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirib ki, yol qəzasının qurbanları zəvvarlar olublar. Zəvvarlar Beket-Ata pirinə gedirmişlər. Ölənlərin və xəsarət alanların ailələrinə lazımi yardımın göstəriləcəyi vəd edilib. Fəaliyyətlərin əlaqələndirilməsi üçün gecə-gündüz fəaliyyət göstərəcək operativ qərargah yaradılıb.

Daxili işlər naziri cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.


Sizin reklam burada
Sizin reklam burada