Federal Təhqiqat Bürosu (FTB) sağçı fəal Çarli Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər hansı məlumat üçün 100 min dollara qədər mükafat təklif edib.
News365.az xəbər verir ki, bu barədə FTB-nin "X" sosial şəbəkə hesabında məlumat verilib.
"FTB Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan şəxsin (şəxslərin) müəyyən edilməsinə və saxlanmasına gətirib çıxaracaq məlumata görə 100 min dollara qədər mükafat təklif edir", - deyə məlumatda bildirilir.