Tələbələr cəbhə üçün qeyri-adi özüyeriyən qurğu hazırladılar - FOTO

Tələbələr cəbhə üçün qeyri-adi özüyeriyən qurğu hazırladılar - FOTO
13 Noy 2024 14:45

Novosibirsk Dövlət Texniki Universiteti (NQTU) yaralı əsgərlərin təxliyəsi və yüklərin daşınması üçün xüsusi tırtıllı platforma təqdim edib. Reactor startap mərkəzi və Prometey konstruktor bürosu tərəfindən dəstəklənən birinci kurs tələbələrinin hazırladığı bu yeni özüyeriyən qurğu yüksək manevr qabiliyyətinə malikdir. O, müxtəlif şəraitlərdə istifadə oluna bilər. Bu barədə universitetin saytında məlumat yayılıb.

Platforma 300 kq-a qədər yük daşımağa və 40 km/saat sürətə çatmağa qadirdir. Cihazın əlavə xüsusiyyəti bazarda mövcud olan komponentlərdən tez bir zamanda yığılma qabiliyyəti və istifadənin çox yönlü olmasıdır. Kiçik dəyişikliklərlə platforma qar təmizləmə, kənd təsərrüfatı işləri və digər fəaliyyətlərdə də istifadə oluna bilər.


Tural


Youtube kanalımız