Təhsil sektorunun müdiri vəzifəsindən azad edildi

Təhsil sektorunun müdiri vəzifəsindən azad edildi
03 Fev 2025 11:21

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib. 

News365.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.  Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi vəzifəsi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib. 

Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib.

Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada