Təhlükəsizlik qüvvələri Mahaçqalanın mərkəzində universitetin meydanını bağlayıb

Təhlükəsizlik qüvvələri Mahaçqalanın mərkəzində universitetin meydanını bağlayıb
26 İyn 2024 00:59

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın paytaxtı Mahaçqalanın mərkəzində, Korkmasov və Radişşov küçələrinin kəsişməsində yerləşən universitetin meydanını bağlayıblar.

Bu barədə şəhərin Lenin rayonunun teleqram kanalında dərc olunan məlumatda deyilir.

Administrasiyadan verilən məlumata görə, Mahaçqala sakinlərindən evlərini tərk etməmək xahiş olunur:

"Lenin rayonunun hörmətli sakinləri! Şəhərdə yenə gərginlik var. Gecə saatlarında çölə çıxmaqdan çəkinməyinizi xahiş edirik. Diqqətli və ayıq olun".

Məlumata görə, ərazi mühasirəyə alınıb və orada bir neçə polis dəstəsi var.


Youtube kanalımız

Oxşar xəbərlər