Şimali Koreyada Kim Çen İrin doğum ildönümü şərəfinə Üçüncü Xalq İncəsənət Festivalı keçiriləcək.
Bu barədə məlumatı rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) verib. Sabiq Prezidentin 84-cü yubileyi üçün ölkə ərazisində tədbirlər olacaq.
Fevralın 13-dən 18-dək keçiriləcək festival, paytaxtdakı və ölkənin digər yerlərindəki teatr və salonlarda, o cümlədən Şərqi Pxenyan Böyük Teatrı və Hamhung Böyük Teatrında baş tutacaq. Tədbir səyyar bədii təşviqat briqadaları və incəsənət qrupları kateqoriyaları üzrə təşkil olunacaq.
Festival məkanlarında bütün xalqın fikir və duyğularını əks etdirən rəhbərə ehtiram himnləri, eləcə də bu coşqun dövrü vəsf edən mahnılar səslənəcək.
Tədbirdə bütün regionlardan və bölmələrdən seçilmiş ən yaxşı kollektivlər bir araya gələcəyi bildirilib.