Tayland əsir düşən 18 hərbçini təhvil verib

Tayland əsir düşən 18 hərbçini təhvil verib
09:22

Tailand Xarici İşlər Nazirliyinin məlumatına görə, Tailand hakimiyyəti iyul ayında iki ölkə arasında baş vermiş əvvəlki sərhəd gərginliyi zamanı əsir götürülən 18 kambocalı hərbçini Kambocaya təhvil verib.

News365.az xəbər verir ki, hərbçilərin repatriasiyası 27 dekabr 2025-ci ildə Tailand və Kambocanın Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasında imzalanmış Birgə Bəyanatın 11-ci bəndinə uyğun həyata keçirilib.

Həmin bəndə əsasən, 72 saat ərzində atəşkəs rejiminə tam riayət edildikdən sonra 18 kambocalı hərbçinin ölkələrinə qaytarılması nəzərdə tutulurdu.

Nazirlik əlavə edib ki, bu addım 26 oktyabr 2025-ci ildə Kuala-Lumpurda imzalanmış Tailand–Kamboca Birgə Bəyannaməsinin ruhuna da tam uyğundur.


Sizin reklam burada
Sizin reklam burada