Tarixi "mineral sazişi" gələn həftə imzalanacaq? - VİDEO

Tarixi "mineral sazişi" gələn həftə imzalanacaq? - VİDEO
18 Apr 2025 09:30

ABŞ və Ukrayna Vaşinqton ilə Kiyev arasında mineral resurslarla bağlı saziş üzrə danışıqların bir hissəsi kimi anlaşma memorandumu imzalayıblar. Yekun sazişin özü isə gələn həftə imzalana bilər. Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.


"Rəsmilər memorandumun artıq praktiki olaraq imzalandığını və gələn həftənin sonuna qədər tam iqtisadi razılaşmanın yekunlaşacağına ümid etdiklərini bildirdilər", - qəzet yazıb.

"Financial Times" Ukrayna baş nazirinin müavini Yuliya Sviridenkodan da sitat gətirib. Ukrayna rəsmisinin sözlərinə görə, tam razılaşma əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq. 

Məqalə müəllifinin fikrincə, memorandumun imzalanması mürəkkəb danışıqlar prosesini düzgün "axar"a qaytarır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp da bəyan etmişdi ki, Vaşinqton və Kiyev aprelin 24-də Ukraynanın mineral ehtiyatlarına dair saziş bağlayacaqlar.





Tural


Sizin reklam burada
Sizin reklam burada