Meyxana ustadı Vüqar Qobulu xəstəxanadan evə buraxılıb.
News365.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, onun vəziyyəti qənaətbəxşdir.
"28 dekabr 2025-ci il saat 20:00 radələrində 1972-ci il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd edilib.
***
Tanınmış meyxanaçı Vüqar Qobulunun səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
News365.az xəbər verir ki, TƏBİB-dən "Unikal"a bildirilib ki, 28.12.2025-ci il tarixində saat 20:00 radələrində 1972-ci il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
