Cari il aprelin 16-da
1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi
faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
News365.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin
direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma”
əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış
tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq
onu həkim nəzarətindən kənar saxlaması, növbəti gün qanaxma baş verdikdə isə
xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş
kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət
Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək
barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə
göndərilib.