Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi kolumbiyalı muzdlular ötən ilin oktyabrında Sudanın Əl-Faşer şəhərinin RSF tərəfindən ələ keçirilməsinə yardım edib.
News365.az xəbər verir ki, onlar dron idarə edib, RSF-yə təlim keçib və şəhərin mühasirəsinə dəstək verib.
Hesabatda bu dəstəyin hücum üçün kritik rol oynadığı və şəbəkənin müharibə cinayətləri ilə əlaqələndirilə biləcəyi qeyd olunub.