İran ABŞ Prezidenti Donald Trumpın İrana qarşı hərbi hücumları müvəqqəti dayandırmaq qərarından sonra Hörmüz boğazında iki yük gəmisini ələ keçirib.
News365.az xarici mediaya istinadla xəbər verir ki, tərəf daha bir neçə gəmiyə isə xəbərdarlıq atəşi açıb.
Məlumata görə, ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını qüvvədə saxlayır. Vaşinqtonun hücum əməliyyatlarını dayandırmasına baxmayaraq, bölgədə hərbi və siyasi gərginlik azalmayıb.
Böhranın diplomatik yolla həlli üçün Pakistan vasitəçilik təşəbbüsü göstərsə də, tərəflər arasında danışıqların hələlik nəticəsiz qaldığı bildirilir.
Hörmüz boğazı dünya neft daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı gərginlik qlobal enerji bazarına ciddi təsir göstərə bilər.