Almaniya Avropanın ən güclü ordusunu qurmaq niyyətindədir.
News365.az xəbər verir ki,bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, ölkəsinin məqsədi Avropanın ən güclü konvensional ordusuna sahib olmaqdır.
“ Əsas məsələ orduda neçə hərbçinin xidmət edəcəyi və onların hansı ixtisaslara malik olacağının müəyyənləşdirilməsidir”,- deyə əlavə edib.