Rusiyada Pavel Durova çağırış vərəqəsi gəlib

Rusiyada Pavel Durova çağırış vərəqəsi gəlib
22 Apr 2026 23:40

"Telegram" mesencerinin təsisçisi Pavel Durova "Şübhəli bilinən Durov P.V." qeydi olan çağırış vərəqəsi daxil olub. Sənəd Durovun 20 il əvvəl Rusiyada qeydiyyatda olduğu ünvana göndərilib.

News365.az xəbər verir ki, bu barədə sahibkar öz "Telegram" kanalında paylaşım edib.

"Yəqin ki, mən Rusiya Konstitusiyasının söz azadlığını və şəxsi yazışma hüququnu təmin edən 29 və 23-cü maddələrini müdafiə etməkdə şübhəli bilinirəm. Təqsirkar olduğum üçün fəxr edirəm!" - deyə Durov yazıb.

Xatırladaq ki, "Roskomnadzor" fevralın əvvəlindən Rusiyada "Telegram"ın işinin ləngidilməsini (yavaşladılmasını) gücləndirib. Rusiya hakimiyyəti mesenceri milli qanunvericiliyin tələblərinə əməl etməməkdə ittiham edir.


Sizin reklam burada
Sizin reklam burada