Ukrayna yeni dronun istehsalına başladı

Ukrayna yeni dronun istehsalına başladı
22 Apr 2026 23:20

Ukraynanın “General Çereşnaya” şirkəti yeni hücum PUA-sı olan "Oblako"nu təqdim edib.

News365.az xəbər verir ki, dron kütləvi istehsala və əlverişli qiymətə yönəlmiş siyasətin tərkib hissəsidir.

"Oblako" 7 kiloqrama qədər döyüş başlığı daşıya, 50 kilometrədək məsafədə fəaliyyət göstərə və 60 dəqiqə havada qala bilər.

İlk partiyalar artıq döyüş sınaqları üçün Təhlükəsizlik və Müdafiə Qüvvələrinə pulsuz təqdim olunub. İstehsalın genişləndirilməsi planlaşdırılır. Dron tezliklə “Brave1” bazarında satışa çıxarılacaq.


Sizin reklam burada
Sizin reklam burada