Suriyada Əsədin son izləri də SİLİNİR

Suriyada Əsədin son izləri də SİLİNİR
15:24

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin portreti ölkənin milli valyutasından çıxarılacaq və valyuta 2026-cı il yanvarın 1-dən dövriyyəyə buraxılacaq.

Bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdül Qadir əl-Hasriyyə məlumat verib.

O qeyd edib ki, bu qərar yeni iqtisadi mərhələnin başlanğıcını, eləcə də ölkənin siyasi suverenliyinə və birliyinə sadiqliyi əks etdirir.

Suriya hazırda köhnə simvolları olan əskinaslardan istifadə edir. Belə ki, 2000 funtluq əskinasda Bəşər Əsəd, 1000 funtluq əskinasda isə atası Hafiz Əsəd təsvir olunub.

Yeni valyuta təsvir və simvollar olmadan altı nominalda buraxılacaq. Suriya funtu kəskin şəkildə dəyərdən düşdüyü üçün yenidən nominallaşdırma həyata keçiriləcək. Yenilənmiş əskinaslar Rusiyanın "Qoznak" şirkəti tərəfindən buraxılacaq. Müvafiq müqavilə Suriya nümayəndə heyətinin Moskvaya səfəri zamanı imzalanıb.

Suriya Əsədin portreti olmayan yenilənmiş valyuta buraxacaq


Sizin reklam burada
Sizin reklam burada