“Suriya öz ərazisində hərbi bazalar yaratmaqda tam hüquqludur”- Fikrət Sadıqov

“Suriya öz ərazisində hərbi bazalar yaratmaqda tam hüquqludur”- Fikrət Sadıqov
26 May 2025 09:35

"Suriya ərazisində istənilən hərbi bazanın yaradılması məsələsində bu ölkənin tam hüququ var. Çünki artıq Bəşər Əsəd rejimi, faktiki olaraq, sona çatıb."

Politoloq Fikrət Sadıqov bu sözləri News365.az-a açıqlamasında bildirib. 

" Əsəd özü ölkəni tərk edib və onun rejiminin qalıqları da hədəfə alınıb, məhv edilir. Bu mərhələdə hansısa dövlətin razılığı və ya narazılığı birinci dərəcəli məsələ deyil. Əsas məsələ Suriyada sabitliyin bərqərar olunmasıdır. Doğrudur, hazırda Suriyada fəaliyyət göstərən hökumət zəifdir, lakin bu, onu legitimlikdən salmır. Hökumət mövcuddur və ölkədə sabitlik təmin olunmalıdır. Türkiyə bu prosesdə mühüm rol oynayır. Əsəd rejiminin sona çatmasında iştirak edən əsas dövlətlərdən biri olaraq, Türkiyə həm Suriyada təhlükəsizlik mühitinin formalaşmasında, həm də yeni ordu strukturlarının yaradılmasında dəstək göstərə bilər.

Bundan əlavə, Türkiyə öz maraqlarını qorumağa qadir bir dövlətdir və bu istiqamətdə addımlar atmaq hüququna da malikdir. Ola bilər ki, İsrail bu məsələdə müəyyən narahatlıq ifadə etsin, lakin İsrail də öz təhlükəsizlik maraqlarını ciddi şəkildə qoruyur və vaxtaşırı Suriyadakı hərbi obyektlərə zərbələr endirir. Bunu da bilirik.

Eyni zamanda İsrail ordusu hələ 1967-ci ildən bəri Suriyanın işğal olunmuş təpəliklərində yerləşib və bu əraziləri tərk etmək niyyətində deyil. Bu da onların maraqları çərçivəsindədir. Türkiyənin isə əsas maraqlarından biri Suriyada hərbi bazalar yaratmaq və bu bazaların vasitəsilə həm regional təhlükəsizliyə töhfə vermək, həm də öz strateji mövqeyini qorumaqdır."


Sizin reklam burada
Sizin reklam burada