Suraxanı və Nərimanovda narkotik vasitə aşkarlandı

Suraxanı və Nərimanovda narkotik vasitə aşkarlandı
10 İyn 2025 20:30

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.


DİN-in Mətbuat xidmətindən news365.az-a bildirilib ki, paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində həyata keçirilən tədbirlər zamanı 26 yaşlı Z.Şıxalızadə və əvvəllər məhkum olunmuş 49 yaşlı X.Bayramov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumi çəkisi iki kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.


Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada