Süni intellekt hamı üçün təhlükəli deyil – alimlər AÇIQLADI

Süni intellekt hamı üçün təhlükəli deyil – alimlər AÇIQLADI
13:25

Alimlər bildirirlər ki, süni intellekt əsaslı çatbotlardan istifadə hər kəs üçün təhlükə mənbəyi deyil. Lakin psixi sağlamlıqla bağlı problemləri olan şəxslər üçün bu texnologiyalar müəyyən risklər yarada bilər.

News365.az-ın məlumatına görə, Kaliforniya Universitetinin psixiatrı Keyt Sakata vurğulayıb ki, çatbotlar istifadəçinin reallıqla uyğunlaşmayan fikirlərini tənqidi yanaşma olmadan qəbul edib dəstəklədikdə, mövcud psixoloji pozuntular daha da dərinləşə bilər. Bu cür hallarda insan yanlış düşüncələrini gerçək kimi qəbul etməyə başlayır.

Mütəxəssislərin fikrincə, bu vəziyyət zamanla psixi sağlamlığa mənfi təsir göstərərək ciddi fəsadlara yol aça bilər.


Sizin reklam burada
Sizin reklam burada