“Bit bazarı”ndan aldığı əşya ona ŞOK yaşatdı - FOTO

“Bit bazarı”ndan aldığı əşya ona ŞOK yaşatdı - FOTO
14:31

“Bit bazarı”ndan 120 dollara (təxminən 6 min türk lirəsi) köhnə əşya alan şəxs həyatının ən böyük sürprizlərindən biri ilə qarşılaşıb.

İlk baxışdan adi və dəyərsiz görünən əşyanın qızıl olduğu məlum olub.

Əşyanın dəyərini müəyyənləşdirmək üçün zərgərə müraciət edən alıcı onu 9 min dollara satmağa nail olub. Beləliklə, təxminən 6 min lirəyə aldığı əşyanı 9 min dollara (təxminən 451 min türk lirəsi) satan şəxs bu alış-verişdən 8 min 880 dollar (445 min lirə) qazanc əldə edib.

Hadisənin hansı ölkədə baş verdiyi, sözügedən əşyanın konkret olaraq nə olduğu və onu alan şəxsin kimliyi barədə isə ətraflı məlumat açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada