Sumqayıtın bu qəsəbəsində qaz olmayacaq

Sumqayıtın bu qəsəbəsində qaz olmayacaq
02 İyn 2025 21:59

Sabah Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində qaz sızmasının qarşısını almaq məqsədilə 2 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


News365.az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.


Məlumata görə, aparılacaq təmir işləri qaz xətlərində təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. İşlərin gün ərzində yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada