Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıtda 600 abonentin qazı kəsiləcək
20 Noy 2025 20:40

Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən News365.az-a verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 21 noyabr saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İşlər bitdikdən sonra qazın verilişi bərpa olunacaq.


Sizin reklam burada
Sizin reklam burada