“Sülhməramlıların çıxarılması tarixi zərurət idi“ - Sergey Markedonov

“Sülhməramlıların çıxarılması tarixi zərurət idi“ -  Sergey Markedonov
18 Apr 2024 09:01

Hazırda regional gündəm Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasıdır. Çoxları üçün təəccüblü olan bu hadisə hazırda ən çox müzakirə olunan məsələdir. Təsadüfi deyil ki, mövzu Rusiya gündəmini də zəbt edib.

News365.az   xəbər verir ki, mövzuya münasibət bildirən Rusiyalı politoloq, MDBMİ-nin aparıcı elmi işçisi Sergey Markedonov hesab edir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi Rusiyanın rəqabətlə üzləşdiyi Qafqazın tarixində yeni mərhələ açır. Ekspert Rusiyanın “Forbes” jurnalına müsahibəsində deyir ki, sülhməramlı kontingentin çıxarılması sensasiyaya deyil, razılaşdırılmış bir addımdır:

“Onun yerləşdirilməsi qərarı konkret tarixi şəraitdə verilib. Yeni status-kvo isə başqa şərtlər irəli sürür. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Rusiya sülhməramlılarının  Qarabağdan çıxarılmasına başlandığını təsdiqləyib. Eləcə də,  Azərbaycan mətbuatında Rusiya texnikası karvanının Azərbaycanın Qarabağa bitişik rayonlarından keçməsi ilə bağlı video yayılıb.

Rusiya kontingentinin getməsi Qafqazda baş verən əhəmiyyətli dəyişikliklərin nəticəsidir.  Lakin Moskva təkcə postsovet məkanının bu hissəsində deyil, həm də bütövlükdə Avrasiyada artan rəqabət və qarşıdurma ilə üz-üzədir”.

Markedonovun sözlərinə görə, sülhməramlıların fəaliyyətini bir məxrəcdən istifadə etməklə qiymətləndirmək mümkün deyil:

“Bu, məğlubiyyət də deyil. Moskvanın məğlub kimi getməsi ilə bağlı bu rəvayət artıq Rusiya Federasiyası daxilində və onun hüdudlarından kənarda danışılır. Belə bir rəvayətdə ifrat təhriflər var. Amma elə şeylər də var ki, Rusiyada ayıq-sayıq baxmağa və ən azı ciddi problemlərin mövcudluğunu görməyə dəyər. Biz Qafqazın tarixində Rusiya və onun vətəndaşları üçün əvvəlkindən daha çətin olacaq yeni bir mərhələ görürük. Bununla belə, sülhməramlıların çıxarılması tarixi zərurət idi”.

İlhamə Qiyas, News365.az

 


Youtube kanalımız

Oxşar xəbərlər