Başkəndi müzakirə predmetinə çevirənlərə Tural İrfandan SƏRT TƏPKİ

Başkəndi müzakirə predmetinə çevirənlərə  Tural İrfandan SƏRT TƏPKİ
30 Apr 2024 17:05

“Bəziləri Gədəbəyin Başkəndini mübadilə predmetinə çevirməyə cəhd edirlər. Ermənistana Qazaxdan Sovet dövründə böyük torpaq əraziləri verilib. Niyə onların qaytarılmasını (bəlkə də heç bilmirlər!), niyə Xocalı soyqırımına görə Ermənistanın Azərbaycana təzminat, qanpulu ödəməsinin vacib olmasını dilə gətirmirlər? Mədəni - tarixi abidələrin vandalizmə məruz qalmasına görə, münbit torpaqların, qızıl kimi təbii sərvətlərin istismar edilməsinə, 30 il işğalda qalmasına rəğmən milyardlarla dollar zərər - ziyana görə əvəz ödənməli olduğunu bilmirlər?”

Bunu News365.az –a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. O təəssüflənib ki, elə satmağın, verməyin qoçağıdır bəziləri:

“Başkənddə ermənilər yaşadığına görə o dövrün xəritəsində Ermənistan tərkibində göstərilib. Ancaq ora əzəldən halal-hümmət Azərbaycan - Gədəbəy torpağıdır. Ermənistanın Azərbaycana ödəməli olduğu milyardların müvafiq qismi ilə mübadilə etmək, kəndi saxlamaq olar. Azərbaycan qalib dövlətdir. Haçan Göyçə, İrəvan, Dərələyəz, Vedibasar, Zəngəzur - bütün Qərbi Azərbaycan əhalisi öz ata-baba yurdlarına gedib - gələ bilərsə ermənilər də Başkənddə o zaman yaşaya bilər.

Bu məqamda "Qarabağ ermənilərə verilməlidir" deyən Əliheydər Qarayevə rəhmətlik Nərimanovun dediyi söz yadıma düşür. Ancaq etik deyil deyə yazmıram. Bilənlər bilir..”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər