Rusiya Ukrayna PUA-larına qarşı yeni silahla mübarizə aparacaq - VİDEO

Rusiya Ukrayna PUA-larına qarşı yeni silahla mübarizə aparacaq  - VİDEO
01 May 2024 10:40

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Birgə Qüvvələr Qrupunun qərargahında keçirilən görüşdən sonra yeni döyüş vasitələri ilə tanış olub.

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, nazirə Ukrayna qoşunlarının pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparacaq yeni silah təqdim olunub.

“Rusiya Federasiyasının Müdafiə nazirinə düşmən PUA -larına qarşı mübarizənin effektivliyini və təmas xəttində şəxsi heyətin dronlardan mühafizəsini artırmaq üçün standart silahların modernləşdirilməsinin nəticələri təqdim edilib”, - deyə nazirliyin məlumatdında qeyd edilib.

Xüsusilə, Şoyquya yeni nişangahlarla qurulmuş zenit zilahı göstərilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər