“Rasim Musabəyovun fikri yanlış çatdırılıb“ - İlham İsmayıl

“Rasim Musabəyovun fikri yanlış çatdırılıb“ -  İlham İsmayıl
01 May 2024 11:26

"Cənab Prezident qeyd etmişdi ki, 4 kənd qaytarılandan sonra yeni ekspert qrupu yaradılmalıdır. bu artıq delimitasiya komissiyasından kənardır. 

Hərbi ekspert İlham İsmayıl bunu News365.az-a açıqlamasında deyib. 

"İndi torpaqların qaytarılmasından söhbət getmir, dəyişdirilməsindən gedir. Beynəlxalq termində buna torpaq, ərazi mübadiləsi deyilir. Bu tək bizim başımıza gəlməyib. Dağılan ölkələrdə, ayrılan ölkələrdə postsovet məkanında indi də bu proses gedir. Qırxızıstanla, Tacikistan və Özbəkistan arasında baş verir. Ən ciddi dəyişikliklər Hindistanla Banqladeş arasında olub, 100-dən çox anklav olub. Ermənistanda da məsələyə normal yanaşanlar düşünürlər ki, bu mümkündür, torpaq mübadiləsidir. Söhbət Başkəndlə bizim hansısa 4 kəndimizdən gedir. Bununla bağlı Milət Vəkili Rasim Musabəyovun fikri yanlış çatdırılıb. O, əslində Başkənd demir, deyir ki, burda nəzərə alınmalıdır ki, tək ərazi nəzərdə tutulmamalıdır, strateji əhəmiyyət nəzərə alınmalıdır. Eyni zamanda deyir ki, Kərki Ermənistan üçün çox əhəmiyyətlidir. Çünki Tehran yolunun üstündə və digər yolların üstündədir, bir-birini birləşdirən magisrtal yolun ortasındadır. Ancaq Başkənd Ermənistan üçün bir o qədər əhəmiyyətli deyil. Bizim üçün əhəmiyyətlidir ki, ora gedən yol 7 kəndin içindən keçir, üstəlik 20 kəndimizin yolu orda birləşir. Bizim üçün əhəmiyyətlidir və vermək fikirimiz yoxdur. Qazaxın yerdə qalan 3 kəndi və Naxçıvanın Kərki kəndini də hesablayanda ən uyğun gələni Kərkidir. Rasim müəllim strateji baxımdan nəzərdə tutub"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər