“Ermənistan cəmiyyəti elə düşünür ki, dünya onların ətrafında dönür“- Hərbi ekspert

“Ermənistan cəmiyyəti elə düşünür ki, dünya onların ətrafında dönür“-  Hərbi ekspert
01 May 2024 11:09

"Azərbaycan prezidentinin Almaniyada sayğı ilə  eyni zamanda vizual olaraq, həm də məzmun olaraq yüksək səviyyədə qarşılanıb. Ermənistan mətbuatı buna görə dəli olmuşdu"

News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert İlham İsmayıl TV365-də deyib. 

"Ermənistan cəmiyyəti elə düşünür ki, dünya ermənilərin ətrafında dönür. Mən hesab edirəm ki, cənab prezident bir-birinin ardınca Rusiya səfəri, onun ardınca Almaniya səfəri bizim uğurumuzun göstəricisidir. Almaniya səfəri iqlim məsələsi ilə bağlı məsələdir, biz də buna ev sahibliyi edəcəyik. Amma burda tək iqlim məsələsi deyil, eləcədə həm Qərblə münasibətdə həm də konkret olaraq Almaniya ilə münasibətdə perspektivdə Almaniya ilə iqtisadi biznes adamları ilə görüşlər keçirtmək və Almaniyanı bura Qarabağa  cəlb etmək məsələləri bütövlükdə bizim uğurumuzdur"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər