Koçaryanın jurnalisti döyən köməkçisi həbs edilir

Koçaryanın jurnalisti döyən köməkçisi həbs edilir
01 May 2024 15:30

Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Levon Koçaryanın köməkçisi Artur Sukoyanın saxlanılması barədə qərar qəbul edilib.

News365.az  xəbər verir ki, bu barədə onun vəkilləri Aleksandr Koçubayev və Erik Aleksanyan bəyanat yayıblar.

Vəkillər qeyd ediblər ki, dünən jurnalistin döyülməsi ilə bağlı insidentdən sonra onlar Sukoyanla birgə hüquq-mühafizə orqanlarına hadisənin təfərrüatlarını təqdim etməyə çalışıblar. İddia olunur ki, güc strukturunun əməkdaşları onları dinləməkdən imtina ediblər.

“Bu gün isə öyrəndik ki, Sukoyanın həbsi ilə bağlı qərar çıxarılıb. Yəni heç vətəndaşı dinləmədilər və onu dərhal həbs etmək qərarına gəliblər”, - deyə vəkillər qeyd ediblər.

Xatırladaq ki, dünən Artur Sukoyan hökumətyönlü saytlardan birinin jurnalisti David Levonyanı döyüb. Jurnalist deyib ki, Sukoyan onu parlament binasında vurub.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər