“Baş verən mitinqlər Paşinyan hakimiyyətinə təsir etməyəcək“ - Əlimusa İbrahimov

“Baş verən mitinqlər Paşinyan hakimiyyətinə təsir etməyəcək“ -  Əlimusa İbrahimov
01 May 2024 10:37

"Paşinayan baş verən mitinqlərə ciddi yanaşmır"

Politoloq Əlimusa İbrahimov bunu News365.az-a açıqlamasında deyib. 

"Paşinyan Ermənistanda baş verən nümayişlərə, mitinqlərə ciddi yanaşmır. Bu mitinqlərin Paşinyanın hakimiyyətinə təsir edəcəyini heç kim düşünmür. Paşinyanın bu addımına qarşı çıxanların hamısı kəndlərin, Azərbaycan kəndləri olduğunu artıq bilirlər. Onların ən azından tarixi oxusalar, biləcəklər ki, 1991-ci ildən sonra bu kəndləri Ermənistan zorla işğal edib"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər