“Qızlarım inciməsin, oğlumun yeri məndə ayrıdır“ - Rəqsanə İsmayılova

“Qızlarım inciməsin, oğlumun yeri məndə ayrıdır“ -  Rəqsanə İsmayılova
01 May 2024 11:46

Müğənni Rəqsanə İsmayılova Xoşqədəm Hidayətqızının "Günaydın Azərbaycan" verlişində qonaq olub. 

News365.az xəbər verir ki, müğənni övladlarından danışıb. O, oğlunu daha çox sevdiyini bildirib:

"Mənə çox sual verirlər ki, övladlarının hamısı eyni dərəcədə sevirsənmi. Mən oğlan övladı dünyaya gətirmək üçün, üç övladımı itirdim. Sonradan allah mənə qaqaşı qismət elədi. Mənə deyirdilər ki, oğlun olandan sonra, daha çox onu istəyəcəksən, yəqin ki, qızlar məndən inciməz həqiqətəndə qaqaşın yeri məndə ayrıdır. Qaqaş mənə çox bağlıdır. Sueli mən öz övladlarımdan da artıq sevirəm"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər