“Paşinyana 23 sual versəm də, 3-nə cavab verdi“ -Ölən əsgərin atası

“Paşinyana 23 sual versəm də, 3-nə cavab verdi“  -Ölən əsgərin atası
01 May 2024 11:18

Ermənistanın Respublika meydanında etiraz aksiyası keçirilir. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, aksiyanı ötən il Azat kəndindəki kazarmada baş verən yanğında həlak olan hərbçilərin yaxınları təşkil ediblər. 

Valideynlər istintaqın gedişindən son dərəcə narazı qaldıqlarını bəyan ediblər. Ölən əsgərlərin yaxınları deyiblər ki, İstintaq Komitəsi sadəcə olaraq daha məlum işlə məşğul olmur. Etirazçılardan biri isə qeyd eidb ki, baş nazir və İstintaq Komitəsinin rəhbəri ilə iki dəfə görüşsələr də, suallarına cavab ala bilməyiblər: "Necə ola bilər ki, 15 oğlanın hamısı yanan binada qalıb və cəmi iki nəfər xilas olaraq kazarmadan çıxa bilməyib? Paşinyana 23 sual versək də, 3-nə cavab verdi".

Xatırladaq ki, ötən ilin yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azat kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 20-yə yaxın erməni hərbçisi həlak olub, daha üç əsgər isə ölümcül xəsarətlər alıb. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 10-a yaxın zabit də vəzifədən uzaqlaşdırılıb. Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Ölən əsgərlərin yaxınları isə hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər