Ermənistanın məşhur nəşrlərindən olan “Hraparak” qəzeti diqqət çəkən məlumat yayıb. Nəşr iddia edib ki, ölkədəki Rusiya bazası lğv olunacaq. Qəzet yazıb: “Bəzi məlumatlara görə, sülh müqaviləsi üçün nəzərdə tutulan mətndə qeyd olunub ki, heç bir dövlət bizim ölkənin ərazisində hərbi mövcudluğunu saxlamamlıdır. Bu o deməkdir ki, bu dövlətlərarası saziş imzalandıqdan sonra Rusiyanın 102-ci hərbi bazası da ölkə ərazisindən çıxarılmalıdır”.
Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1995-ci ildə dövlətlərarası razılaşmaya uyğun olaraq yaradıldığından, yeni prosesin dəqiq necə reallaşacağı hələ ki, heç kimə məlum deyil. Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş ilkin olaraq 25 il müddətinə imzalanmışdı.
2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin səfəri zamanı bu müddət daha 49 il, 2044-cü ilə qədər uzadıldı: "Lakin, əldə etdiyimiz məlumata görə, müqavilədə bu məsələ ilə bağlı bəndin olması Rusiya hakimiyyətinin böyük hiddətinə səbəb olub. Məhz bu səbəbdən mayın 9-da Paşinyan kremldə hörmətsiz qarşılandı. Putini onu ayrıca qəbul etməkdən belə imtina etdi. Moskvaya iki günlük səfərə gedən Nikol Paşinyan nə Vladimir Putinlə, nə də Rusiyaya gələn digər ölkələrin liderləri ilə ikitərəfli görüş keçirə bilmədi. Bu arada o, 9 may səfərindən əvvəl səslənən tənqidlərə cavab olaraq Moskva səfərinin məqsədlərindən birinin məhz bu hərbi məsələ olmasına eyham vurmuşdu. Bir daha xatırladaq ki, Putin bayram tədbirində iştirak edən bütün dövlətlərin başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdi".
Tural