“Sülh prosesi ilə bağlı müəyyən ümidlər yaranıb, amma...“- Politoloq

“Sülh prosesi ilə bağlı müəyyən ümidlər yaranıb, amma...“-  Politoloq
24 Apr 2024 11:08

"Azərbaycan iki ildən artıqdır ki, Ermənistanla beş baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Amma Ermənistan bu günə qədər birmənalı olaraq bu təkidləri dəstəklədiyini faktiki olaraq bəyan etməyib. 

Politoloq Oqtay Qasımov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanda ilk dövrlərdə müsbət açıqlamalar olsa da bu prinsiplərdən xeyli dərəcədə yayınmalar baş verib. Son olaraq, ay yarım öncə Ermənistan xarici işlər naziri bildirdi ki, sülh müqaviləsinin hazırlanması prosesində xeyli irəliləyiş əldə olunub. Amma bir neçə məqamda hələlik razılıq əldə olunmayıb. Məlum olur ki, 3 əsas prinsipdə razılaşma yoxdur. Qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və komminikasiyaların açılması. Delimitasiya kifayət qədər vaxt aparacaq və bunun Qazaxdan başlaması da çox doğru idi. Çünki həmən ərazidə bizim yeddi kəndimiz Ermənistanın işğal altında qalmaqda idi. Digər tərəfdən sürətlə gedən proses, müəyyən qədər ona işarət verir ki, sülh prosesi ilə bağlı müəyyən ümidlər yaranıb, amma bu birmənalı geridönmə prosesdirmi onu demək çətindir. Çünki Ermənistanın davranışları heç də proqnozlaşdırılan deyil. Azərbaycan məsələlərin konsturuktiv həllindən yanadır"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər