Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər

Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik -  İsa Qəmbər
04 May 2024 16:23

“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”.

News365.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizəd İsa Qəmbər deyib.

“Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, – deyə siyasətçi qeyd edib.


Youtube kanalımız

Oxşar xəbərlər