Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
05 May 2024 08:40

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş nazirlər tərəfindən imzalanıb.

Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.


Youtube kanalımız

Oxşar xəbərlər