Premyer Liqa: “Sabah“ “Araz-Naxçıvan“ı məğlub edib

Premyer Liqa:  “Sabah“ “Araz-Naxçıvan“ı məğlub edib
05 May 2024 22:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda "Turan Tovuz" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.


Youtube kanalımız

Oxşar xəbərlər