“Sülh hamıdan çox Ermənistana lazımdır”- Arzu Nağıyev

“Sülh hamıdan çox Ermənistana lazımdır”- Arzu Nağıyev
08 Okt 2024 13:46

“Ermənistan xalqı və onun rəhbərliyi güc istəyirsə daha diqqətli olmalıdır”.

Deputat Arzu Nağıyev bunu news365.az-a açıqlamasında deyib.

“Azərbaycan Ermənistanda keçirilən təlimlərin, silahların alınmasını çox diqqətlə izləyir və təhlillərini aparır. Bu gün istər Qərbin vasitəsilə sərhəddə yerləşdirilən Binokl diplamatiyasına qulluq edən vizual kəşfiyyatçılar, istərsə də Fransadan gələn silahlar, bütün bunların hamısı son məramın məqsədi yüksək kürsülərdə guya Azərbaycanın Ermənistan ərazisinə hücumun qarşısını almaq üçün deyilsədə, bu sülhün bərqərar olunmasına ciddi zərbə vuran amillərdən biridir. Bu gün əgər Ermənistan xalqı və onun rəhbərliyi güc istəyirsə, məlum məsələdir ki, bu proseslərdə daha diqqətli olmalıdır. Sülh hamıdan çox onlara lazımdır. Bu hün NATO və Rusiya sərhəddi demək olar ki, Ermənistan Türkiyə sərhəddidir. Rusiyanın orda çoxsaylı qoşunları var. Çalışırlar ki, nəyin bahasına olursa, olsun Qərb Rusiyanı ordan sıxışdırsın və nüfuzunu azaltsın.  Buna görə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla və yaxud sərhəddən Rusiya qoşunlarını çıxartmaqla hədələyir. Məlumdur ki, bir sıra dövlətlərlə sərhəddə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları durur. Bunun hamısı sülhə ziyan gətirə biləcək amillərdir. Lakin Azərbaycan bütun bu təhdidlərin qarşısını almağa qadirdir. Bizim heç kimin suverenliyində, ərazi bütövlüyündə hər hansı bir iddiamız yoxdur.”- deyə deputat bildirir.


Youtube kanalımız