Hamburq polisi hesab edir ki, Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücumu törətməkdə şübhəli bilinən 39 yaşlı qadın təkbaşına hərəkət edib.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Hamburq polisi məlumat yayıb.
"Saxlanılan şəxs 39 yaşlı qadındır. İndiyədək daxil olan məlumat əsasında onun təkbaşına hərəkət etdiyini güman edirik. İstintaq tam sürətlə aparılır", – məlumatda bildirilir.
Eyni zamanda, hüquq-mühafizə orqanlarının nümayəndələri dəqiqləşdiriblər ki, hazırda qurbanların sayı ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, bir neçə nəfərin həyati təhlükəli xəsarətlər aldığı bildirilir. İlkin rəqəm 13 nəfərdir.