Paşinyan II Qaregini hədələdi

Paşinyan II Qaregini hədələdi
09:56

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə kilsəni tənqid edib.

News365.az xəbər verir ki, Paşinyan bununla bağlı sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bütün ermənilərin katalikosu II Qaregin, eləcə də digər aparıcı keşişlər - Vazgen Qalstanyan, Gevorq Ajapahyan və bəzi başqaları əslində dinə xidmət etməyiblər.

Paşinyanın sözlərinə görə, Erməni Apostol Kilsəsi anti-Məsih, antimilli, anti-dövlət qruplaşması tərəfindən işğal edilib və ona görə də azad edilməlidir.

“Mən kilsənin azad edilməsinə rəhbərlik edəcəm”, - Paşinyan vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada